Braziliyada koronavirusa yoluxanların və həmin xəstəlikdən ölənlərin sayı artıb.
Yeniavaz.com "Worldometers"ə istinadla xəbər verir ki, Braziliyada son 24 saatda COVID-19-a 88 min 992 nəfər yoluxub, 2 min 760 nəfər isə ölüb.
Qeyd edək ki, Braziliyada yeni növ koronavirusa yoluxanların ümumi sayı 17 milyon 543 min 853 nəfər, ölənlərin sayı isə 491 min 164 nəfərdir. 15 milyon 944 min 646 nəfər isə müalicə alaraq sağalıb.