Əminə Ərdoğanla İlham Əliyev arasında maraqlı dialoq olub – VİDEO


Dünən Füzuli rayonundan Şuşaya gedərkən Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin birinci xanımı Əminə Ərdoğan arasında maraqlı dialoq olub. 

Yeniavaz.com xəbər verir ki, söhbət zamanı İlham Əliyev minalarla bağlı məlumat verib. Prezident İlham Əliyev 15 erməni əsir qarşılığında təkcə Ağdamda 97 min mina basdırılmış yerlərin xəritələrini aldığımızı bildirib. Daha sonra Əminə Ərdoğanla Prezident İlham Əliyev arasında dialoq belə davam edib:

Prezident İlham Əliyev: Minalanmış ərazilərin hamısının xəritələrini alsaq, o bizə böyük üstünlük verəcək. Çünki olmasa, bu, bəlkə də on il çəkər. Çünki hər tərəfi minalamışlar.

Əminə Ərdoğan: Başqa əsir varmı?

Prezident İlham Əliyev: Var, var.

Əminə Ərdoğan: Hissə-hissə.

Prezident İlham Əliyev: İyunun 4-də içərisində mətbuat nümayəndələri də olan “KamAZ” Kəlbəcərdə minaya düşərək partladı, üç nəfər öldü. İkisi mətbuat nümayəndəsi, biri isə valiliyin nümayəndəsi.

 

DİGƏR XƏBƏRLƏR

Top