İranda prezident seçkilərinə qatılanlardan biri namizədliyini geri çəkdi


İranda 18 iyunda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən islahatçı siyasətçi Muhsin Mehralızadə öz namizədliyini geri çəkib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İRNA” xəbər agentliyi məlumat verib. O, namizədliyini geri çəkməklə bağlı məktubu İran Daxili İşlər Nazirliyinə təqdim edib.
Qeyd edək ki, Mehralızadənin namizədliyini islahatçılara yaxın olduğu bilinən digər namizəd Abdunnasır Himmetinin lehinə çəkdiyi deyilir.

DİGƏR XƏBƏRLƏR

Top