Şəhidin xatirəsinə hörmət və təhsilə dəstək – FOTOLAR


Azərbaycanın ucqar kənd məktəblərindən biri Balakən rayonu, Yeni Şərif kənd tam orta məktəbində 20 il öncə məktəbin adını daşıyan I Qarabağ şəhidi Rauf Hədisov adına təqaüd müsabiqəsi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, müsabiqə kənd bələdiyyəsi təşəbbüsü və Ədliyyə Nazirliyinin icazəsi ilə təşkil edilib. Təqaüd müsabiqəsi qaliblərinə mükafatla yanaşı üzərində şəhid Rauf Hədisovun adı olan döş nişanları da təqdim olunub. Üzərindən 20 il keçməsinə baxmayaraq həmin təqaüd müsabiqəsinin qalib məzunları bu döş nişanlarını xatirə kimi saxlayıblar, illər sonra təqaüd müsabiqəsinin yenidən təşkil edilməsinə təşəbbüs və maliyyə dəstəyi göstəriblər.
Balakən rayonu, Rauf Hədisov adına Yeni Şərif tam orta məktəbinin məzunlarının təşəbbüsü, kənd orta məktəbi rəhbərliyi və kollektivinin təşkilatçılığı və kənd bələdiyyəsinin dəstəyi ilə 2021-ci ilin iyun ayında Rauf Hədisov adına təqaüd müsabiqəsi yenidən keçirilib.
Müsabiqənin yenidən canlandırılmasının təkan nöqtəsi şəhidlərin xatirəsinin əbədiyyən yaşadılması, illər keçsə belə cəmiyyətin bütün nümayəndələrinin onlar haqqında məlumatlı olması, onları unutmamasıdır.
Müsabiqənin məqsədi təhsilə marağın artırılması və şagirdlərin motivasiyasının yüksəldilməsidir. 6 iyun tarixində keçirilmiş müsabiqədə 5-11ci siniflər arasında təhsil göstəriciləri yüksək olan 66 nəfər könüllü şagird iştirak edib. Rauf Hədisov adına təqaüd müsabiqəsinin qalibləri 14 iyun 2021-ci il tarixində Son Zəng tədbiri başa çatdıqdan sonra açıqlanıb.
Tədbirdə Rauf Hədisov adına təqaüd proqramının rəhbəri, 2005-ci ildə Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi fəxri adına layiq görülmüş və 2015-ci ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuş Tinov Bağmanov, Şəhid Rauf Hədisovun həyat yoldaşı Mesed Papaxova, məktəb kollektivi və keçmiş məzunları, kənd bələdiyyəsi nümayəndəsi iştirak edib.
Ümumilikdə 21 nəfər müsabiqədə qalib olub və onlara təqaüd müsabiqəsinin qaydalarına uyğun şəkildə I, II, III dərəcəli diplom, I Qarabağ şəhidi Rauf Hədisovun fotosunun əks olunduğu döş nişanı, pul mükafatı Şəhid Rauf Hədisovun həyat yoldaşı Mesed Papaxovanın iştirakı ilə təqdim olunub.





DİGƏR XƏBƏRLƏR

Top