Azərbaycanda eyni şəxsə məxsus 6 şirkət ləğv olunur


Fərqli ünvanlarda və fərqli tarixlərdə dövlət qeydiyyatına alınan 6 şirkət ləğv olunduğunu elan edib və kreditorlara bildirilir ki, bu şirkətlərlə bağlı müraciətlər 2 ay ərzində eyni ünvana - Bakı şəhəri, Xəzər rayonu, L.Starçuk küçəsi, ev 198A-ya bildirilsin.
Yeniavaz.com “Vergilər” qəzetinə istinadən xəbər verir ki, fərqli ünvanlarda dövlət qeydiyyatına alınan “Saturn-SS”, “Avisenna-M” ŞF, “Atilla”, “Qartal-K” MMC, “İntellekt-S” MMC və “RD Trest” kiçik müəssisəsi ləğv olunduqlarını açıqlayıblar.
Onu da bildirək ki, adları qeyd olunan MMC-lərin nizamnamı kapitalları və qanuni təmsilçiləri (direktor) də fərqlidir.

DİGƏR XƏBƏRLƏR

Top