AYB-də Fikrət Qocanı kim əvəz edəcək? – AÇIQLAMA


Xalq şairi Fikrət Qocanın vəfatından 40 gün ötüb. F.Qoca uzun illər idi ki, AYB-nin birinci katibi postuna rəhbərlik edirdi. Vəfatından sonra bu vəzifə boş qalıb.
Yeniavaz.com
-un sorğusuna cavab olaraq AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, bu vəzifənin səlahiyyətləri, Fikrət müəllimin 40 mərasimindən sonra, birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayevə həvalə edilib: "Birinci katib və katiblər isə növbəti Qurultayda seçiləcək".
Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top