Metronun "Əhmədli" stansiyasında tüstülənmə olub


"Əhmədli" stansiyası yaxınlığında kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.
Yeniavaz.com
xəbər verir ki, bunu Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Facebook” hesabında paylaşıb.
O bildirib ki, elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb:
“Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, qatarların hərəkətində cədvəldən əlavə iki dəqiqə tənzimləmə məqsədilə vaxt sərf olunub. Metropolitenin iş rejimində dəyişiklik yoxdur”.
Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top