İlham Əliyev Kosmik Agentliyinə sədr təyin etdi – SƏRƏNCAM + FOTO


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Kosmik Agentliyin İdarə Heyətinə sədr təyin edilib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Saməddin Əsədova həvalə olunub. O, bundan əvvəl “Azərkosmos” ASC-nin Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Kosmik Agentlik dövlət başçısının 27 aprel 2021-ci il tarixli fərmanı ilə "Azərkosmos"un bazasında yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top