Bakıdan Eriksenə dəstək - FOTO


AVRO-2020-nin Bakıda keçirilən oyunlarının Yerli Əməliyyat Qrupunun əməkdaşları və könüllüləri bu gün Danimarka milli komandasının üzvü Kristian Eriksenə dəstək nümayiş etdiriblər.
Bakı Olimpiya Stadionunun qarşısında “STAY STRONG, ERİKSEN! From Baku with love” (Möhkəm ol, Eriksen! Bakıdan sevgilərlə) yazısı olan banner açılıb. AVRO-2020-nin B qrupu çərçivəsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Eriksenin səhhətində ciddi problem yaranıb. Huşunu itirən futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyə olunub.

DİGƏR XƏBƏRLƏR

Top