“Ria Novosti”nin bu xəbəri Ermənistanı qarışdırdı


Rusiyanın “Ria Novosti” informasiya agentliyinin erməni muzdlu döyüşçü ilə bağlı xəbəri qalmaqala səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, baş redaktoru erməni əsilli Marqarita Simonyan olan “Ria Novosti” informasiya agentliyində “Qarabağda döyüşən livanlı muzdlu döyüşçüyə Bakıda hökm oxundu” başlığı altında xəbər yayımlanıb. Ermənilər bu xəbərə görə sosial şəbəkələrdə Marqarita Simonyanı sərt tənqid etməyə başlayıb. Onlar, “Ria Novosti”nin erməni baş redaktorunun Ermənistana qarşı təbliğat apardığını dilə gətiriblər. Belə ki, ermənilər  Azərbaycanda həbs edilən Eulcekcian Vigen Abraham haqqında “Ria Novosti”nin “Qarabağda döyüşən livanlı muzdlu döyüşçü” ifadəsini qəbul etmədiklərini bildiriblər.
Qeyd edək ki, ermənilər İkinci Qarabağ müharibəsində  Ermənistan tərəfdən xarici muzdlu döyüşçülərdən döyüşdüyünü inkar edirdilər. Ancaq, bunun əksini sübut edən çox sayda faktlar var.
Xatırladaq ki, bir neçə gün əvvəl Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Vigen Abrahamın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmənin hökmü ilə Eulcekcian Vigen Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasının ilk 5 ilini həbsxanada, digər hissəni isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

DİGƏR XƏBƏRLƏR

Top