
Vətən Müharibəsi vaxtı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Əbülfəz Rəhmətovun şəhadətindən 40 gün ötür.
Yeniavaz.com xəbər verir ki, Əbülfəz Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olub. Hərbi xidməti müddətində Əbülfəz Rəhmətov Aprel döyüşlərində iştirak edib. Əbülfəz Rəhmətov həmçinin 2020-ci ildə Tovuz döyüşlərində general-mayor Polad Həşimovla birgə döyüşüb.
Azərbaycan Ordusunun kapitanı 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı kimi iştirak edib. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Qeyd edək ki, uzun müddət nəşi tapılmayan Rəhmətovun nəşi 6 may 2021-ci ildə Cəbrayıl rayonunda aşkar olunub. O, 2021-ci ildə Lerik rayonunda dəfn edilib. Şəhidin cənazəsi leriklilər tərəfindən izdihamlı şəkildə qarşılanaraq, son mənzilə yola salınıb.
Allah rəhmət eləsin!

