Azərbaycanda istehsal olunan minik avtomobillərin 710-u satılıb


Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 653 ədəd minik avtomobili istehsal edilib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 2,8% və ya 19 ədəd az olub.
İyun ayının 1-nə  olan məlumata görə ölkədə 142 ədəd hazır məhsul ehtiyatı qalıb. Bu ilin yanvar ayının 1-də ölkədə 199 ədəd hazır məhsul ehtiyatının olduğunu nəzərə alsaq, o zaman son 5 ayda Azərbaycanda istehsal olunan avtomobillərinin 710 ədədi satılıb.

DİGƏR XƏBƏRLƏR

Top