İsraildə bu gündən qapalı məkanlarda maska tələbi ləğv edilir


15 iyundan etibarən İsraildə qapalı məkanlarda maska taxmaq tələbi ləğv edilir.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyinin baş direktoru Hezi Levi məlumat verib. Onun sözlərinə görə, tibb müəssisələri, təcridxanalar, təyyarələr istisnadır.  Həmin yerlərdə olan şəxslərin maska taxması məcburidir.
Qeyd edək ki, İsraildə bu günə qədər 5 milyon 479 min nəfərə koronavirusa qarşı vaksin vurulub. Bu da həmin ölkə əhalisinin 76 faizinin artıq vaksinasiyadan keçməsi deməkdir.

 

DİGƏR XƏBƏRLƏR

Top