Azərbaycana qarpız bu ölkələrdən gətirilir – Kosta-Rika, Panama, Braziliya...


Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 192,23 min dollar dəyərində 304,14 ton qarpız gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan bir kilorqam qarpızın gömrük dəyəri 63 sent və ya 1,07 manat olub.
Azərbaycana idxal olunan qarpızın 97%-dən çoxu İrandan gətirilib. Bu ilin yanvar-aprel aylarında İrandan 186,51 min dollar dəyərində 296,04 ton qarpız gətirilib.
İrandan başqa bu ilin ilk 4 ayında Kosta-Rikadan 4,36 ton, Panamadan 0,82 ton, Türkiyədən  0,46 ton, Braziliyadan isə 2,48 ton qarpız gətirilib. Kosta-Rika və Braziliyadan gətirilən qarpızın bir kilorqamının gömrük dəyəri 85 sent (1,45 manat) olub. Panamadan gətirilən qarpızın bir kiloqramı üçün 1,19 sent (2 manat), Türkiyədən gətirilən qarpızın bir kiloqramı üçün isə 45 sent (76 qəpik) ödənilib.

DİGƏR XƏBƏRLƏR

Top