Baydendən Putinə daha bir xəbərdarlıq: "Əgər Navalnı ölərsə..."


ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə görüşdən əvvəl daha bir xəbərdarlıq edib.
Yeniavaz.com
"Cumhuriyet"ə istinadla xəbər verir ki, 16 iyunda baş tutacaq görüşdən əvvəl Bayden Putinə həbsdə olan müxalifətçi Aleksey Navalnı barədə xəbərdarlıq edib. O bildirib ki, Əgər Navalnı ölərsə Rusiyanın həm ABŞ, həm də digər ölkələrlə əlaqələri zədələnəcək: "Navalnının ölümü Rusiyanın insan haqlarına riayət etmək niyyətinin olmadığının başqa bir göstəricisi olacaq. Bu vəziyyət faciə olar və yalnız Rusiyanın dünya ölkələri və mənimlə olan münasibətinə ziyan vurar".
 

DİGƏR XƏBƏRLƏR

Top