Baydenin Putinə ruhla bağlı dediyi söz yenidən gündəmə gəldi


ABŞ-lı jurnalist Kris Simons müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında illər əvvəl yaşanan hadisəni xatırladıb.
Yeniavaz.com
xəbər verir ki, Kremlin rəsmi saytında yayımlanan müsahibədə jurnalist Kris Simons Baydenin illər əvvəl Putinlə görüşdüyünü və onda ruh görmədiyini dediyini xatırladıb:
"Prezident Bayden bir dəfə bir-birinizi üz-üzə gördüyünüzü söyləyib. O, gözlərinizə baxıb və sizə “heç bir ruh görmürəm” deyib. Siz də “bir-birimizi başa düşürük”-deyə cavab vermisiniz. Bu söhbəti xatırlayırsınızmı?”
Putin isə jurnalistə cavabında belə bir söhbəti xatırlamadığını və ruh haqqında da heç nə bilmədiyini deyib: "Ruh haqqında bilmirəm. Əvvəlcə ruhun nə olduğu barədə düşünməliyik. Ancaq söhbətimizin bu hissəsini xatırlamıram. Hamımız görüşəndə, danışanda, bəzi qərarlar əldə etdikdə dövlətlərimizin, xalqlarımızın mənafeyi naminə addımlar atırıq. Bütün hərəkətlərimizin, düşüncələrimizin əsası budur. Ruha gəldikdə, xahiş edirəm kilsəyə gedin".

DİGƏR XƏBƏRLƏR

Top