Azərbaycanın xaricdən aldığı tibbi maska yerli istehsaldan 5 dəfə çoxdur – RƏQƏMLƏR


Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana xaricdən 47 milyon 332 min 180 ədəd tibbi maska gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan tibbi maskanın dəyəri 1 milyon 444,1 min dollar (2 milyon 454,9 min manat) olub.
Ölkətə gətirilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 3,1 sent və ya mövcud məzənnə ilə 5,2 qəpik olub. Aylar üzrə ən çox maska mart ayında, ən az maska isə aprel ayında gətirilib.
Bu ilin ilk 4 ayında Azərbaycanın xaricdən aldığı tibbi maskaların sayı və qiyməti aşağıdakı kimi olub:
Aylar Sayı Məbləğ Bir ədədin
gömrük dəyəri
Yanvar 15 940 640 ədəd 434,85 min $ 4,6 qəpik (2,7 sent)
Fevral 12 304 280 ədəd 398,23 min $ 5,5 qəpik (3,2 sent)
Mart 13 583 000 ədəd 401,06 min $ 5 qəpik (2,9 sent)
Aprel 5 504 260 ədəd 209,96 min $ 6,5 qəpik (3,8 sent)
CƏMİ 47 332 180 ədəd 1 444,1 min $ 5,2 qəpik (3,1 sent)
Onu da bildirək ki, bu ilin 4 ayında ölkə daxilində 9,8 milyon ədəd maska istehsal edilib. İstehsal olunan maskanın 3,3 milyonu yanvar, 2,5 milyonu fevral, 1,4 milyonu mart, 2,6 milyon ədədi isə aprel ayının payına düşüb.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top