Zəngilanda göldən görün nə tutdular – FOTO


Azərbaycanın işğaldan azad olunan Zəngilan rayonunda 15 kq ağırlığında naqqa balıq tutulub.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.
Məlumata görə, balıq rayon ərazisində yerləşən bir göldən tutulub.
İşğaldan azad olunandan sonra həmin ərazilərdə bu böyüklükdə balığın tutulması hər kəsin marağına səbəb olub.
Qeyd edək ki, naqqa ətinin 1 kiloqramı 10-12 manata satılır. Lakin bu balıqla bağlı fikirlər birmənalı olmadığından hər adam naqqa balığı yemir, ona görə də bu balığı daha çox restoranlar alırlar. Dadına baxmaq istəyənlər isə restoranlara üz tuturlar.
Məlumat üçün bildirək ki, naqqa yırtıcı balıq hesab olunur. İri naqqaların əsas qida obyekti balıqlardır (çapaq, poru, ilanbalığı və s).
Mənbələrdə qeyd olunur ki, xırda naqqalar balıqların sürfələri, suda yaşayan və ya havadan suya düşən həşaratlarla qidalanırlar. Naqqa balıqları şirin suda 80 ilədək yaşaya bilirlər.
Uzunluğu isə 4 metrədək ola bilir. Naqqalar mayın əvvəlindən başlayaraq iyula qədər, suda temperatur 18-22 dərəcə olduqda kürü tökürlər.

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top