Rövşən Xəlilov yenidən Azərbaycan çempionu oldu


Stronqmen üzrə Azərbaycan çempionatı keçirilib.
Yeniavaz.com
xəbər verir ki, ölkənin ən güclülərinin müəyyənləşdiyi yarışda bir sıra idmançı gücünü göstərib.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin zabiti Rövşən Xəlilov rekord nəticə ilə yenidən Azərbaycan çempionu olub.
O "loglift", "deadlift" (340 kq ilə rekord) və maşındartma hərəkətində (22 saniyə) 1-ci yeri tutaraq ölkənin ən güclüsü olub. O, öz qələbəsini hərbi salam ilə qeyd edib və bu uğuru şəhidlərimizə, qazilərimizə və bütün hərbçilərimizə həsr edib.
Mingəçevirdən olan digər idmançı Orxan Həsənzadə isə 110 kq + şəki dərəcəsində 2-ci sırada qərarlaşıb.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top