Azərbaycanda qoyun və keçilərin sayı AÇIQLANIB – Son 6 ildə 550 min baş azalıb


Bu ilin aprel ayına olan məlumata görə Azərbaycanda 8 milyon 279,7 min baş qoyun və keçi olub.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, qoyun və keçilərin sayı bu ilin ilk rübü ərzində 2,3% və ya 189,5 min baş artıb. Belə ki, bu ilin əvvəlində Azərbaycanda 8 milyon 89,7 min baş qoyun və keçi olub.
Onu da bildirək ki, son 6 ildə qoyun və keçilərin sayında azalma baş verir. 2016-cı ilin aprel ayı ilə müqayisdə qoyun və keçilərin sayı 548,8 min baş azalıb.
Müqayisə üçün son 6 ilin aprel aylarında qeydə alınan qoyun və keçilərin sayını təqdim edirik:
- 2016-cı ilin aprel ayında - 8 milyon 828 min baş
- 2017-ci ilin aprel ayında - 8 milyon 785,5 min baş
- 2018-ci ilin aprel ayında - 8 milyon 659,2 min baş
- 2019-cu ilin aprel ayında - 8 milyon 563,7 min baş
- 2020-ci ilin aprel ayında - 8 milyon 386 min baş
- 2021-ci ilin aprel ayında - 8 milyon 279,2 min baş

DİGƏR XƏBƏRLƏR

Top