Aygün Attar babasının məzarına baş çəkmək üçün Ərdoğanla Şuşaya gedir


Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı onu müşayət edən qrupun arasında Türkiyə prezidenti yanında təhlükəsizlik və xarici siyasət idarəsinin üzvü, keçmiş rektor, əslən azərbaycanlı professor Aygün Attar da yer alıb.
Yeniavaz.com xəbər verir ki, professor bu haqda “Sabah” qəzetinə müsahibəsi vaxtı məlumat verib. Aygün Attar səfər vaxtı babalarının qəbrini ziyarət edəcəyini bildirib. O həmçinin müsahibə vaxtı Şuşanın tarixindən bəhs edərək, şəhərin tarixi şəxsiyyətlərinin də adlarını yad edib. Şuşanın Azərbaycanın sivilizasiya paytaxtı olmasından danışıb. Babalarını xatırlayaraq, nəvəsinin onların ana vətəni Şuşaya gəldyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top