Rusiyada yanacaqdoldurma məntəqəsində güclü yanğın – yaralananlar var – VİDEO


Rusiyanın Novosibirsk bölgəsində yanacaqdoldurma məntəqəsində yanğın baş verib, nəticədə orada olan konteyner partlayıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqaladə Hallar Nazirliyinin sözçüsü Yevgeni Lebedev məlumat verib. İlkin məlumatlara görə, 25-dən çox insan xəsarət alıb, onlardan bəzilərinin vəziyyəti ağırdır. Partlayış zamanı ətrafı güclü alov bürüyüb.
Hadisə ilə bağlı istintaq işi başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top