Osman Gündüzdən DİM-ə irad: "Yığışıb məhkəməyə verək?"


"Təhsil və innovasiya ekosistemimizin absurd vəziyyəti: Kompüter və İT yönümlü ixtisas üzrə ali məktəbə qəbul olunmaq istəyənlər hazırda İnformatikadan deyil, nə qədər qəribə və absurd görünsə də Kimyadan imtahana hazırlaşırlar".
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz öz “Facebook” hesabında yazıb.
Ekspert bildirib ki, adi bir monitorinqlə müəyyən etmək olar ki, DİM-in bu məntiqsiz qərarı ilə uzun illər ərzində inkişafa nə qədər amansız zərbə vurulub və vurulmaqda davam edir.
“Sadəcə bilmirəm, bütün bu mənasız dirənişlər yalnızca DİM-in bəsit məntiqindənmi ibarətdir, yaxud yalnız iki dövlət qurumu arasında olan ziddiyətlərinmi təzahürüdür, yoxsa ölkədə bu sahədə inkişafı istəməyən daha dərin mətləblərmi var? Görünür ki, növbəti mərhələdə bu problemin həlli istiqamətində daha ciddi addımlar atmaq lazım gələcək. Xatırlayıram ki, 20 il öncə internetə "texnoloji senzura" tətbiq etdiyinə görə vətəndaş cəmiyyəti qurumları o zamankı Rabitə Nazirliyini məhkəməyə vermişdik. Bəzi dövlət qurumları da rəsmi olaraq bizi müdafiə etmişdilər və bu, çox uğurlu nəticə vermişdi. Bəlkə yığışıb DİM-i məhkəməyə verək?”, - deyə Osman Gündüz əlavə edib.

Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top