Bayden NATO-da Əfqanıstandakı son vəziyyətdən danışdı


Prezident Co Bayden ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxarılmasından sonra da bu ölkədə terrorla mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, ABŞ lideri bu fikri NATO sammitindən sonra Brüsseldə təşkil olunan mətbuat konfransında bildirib: "Əfqanıstanla bağlı liderlər arasında da güclü razılaşma var idi. Bizim hərbçilərimiz geri qayıdır, lakin Əfqanıstan xalqı üçün diplomatik, iqtisadi və humanitar dəstəyimizi davam etdirəcəyik. Ölkənin həm  silahlı qüvvələrini, həm də təhlükəsizlik qüvvələrini dəstəkləməyə davam edəcəyik".
Qeyd edək ki, Bayden 14 aprel tarixində ABŞ əsgərlərinin may ayından etibarən Əfqanıstandan çıxarılmağa başlanacağını və 11 sentyabr tarixinə qədər tamamlanacağını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top