Aqil Abbasın təklifinə təhsil eksperti nə deyir? – ŞƏRH


Zaman-zaman ölkədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının fəaliyyətinin ali təhsil müəssisələrinin nəzdində davam etdirilməsi, birləşdirilməsi kimi müzakirələr aparılır. Yaxın günlərdə tanınmış yazıçı-jurnalist, millət vəkili Aqil Abbas da mətbuatda elmi-tədqiqat institutlarının universitetlərlə birgə fəaliyyətinin tələbələr üçün daha yaxşı nəticələr verə biləcəyi barədə fikirlər irəli sürmüşdü. Millət vəkili hesab edir ki, bu halda tələbələr daha güclü laboratoriyalarda təcrübə keçə bilərlər.
Bəs bu üsul və praktika tətbiq oluna bilərmi?

Yeniavaz.com-un sualını şərh edən təhsil eksperti Kamran Əsədov hesab edir ki, Azərbaycanda ali təhsil sistemində islahatlar zəruridir:
“Biz islahatları gecikdirdikcə əmək bazarına kefiyyətsiz kadrlar daxil olur. Bu günlərdə ali təhsil müəssisələrinin idarə edilməsində çox ciddi nöqsanlar var. Labaratoriya, kitabxana problemi hələ də həll olunmamış qalır. Təbii ki, biz ali təhsil müəssisələrini birləşdirəndə və ya bağlayanda hər hansı bir şey dəyişmir. Hesab edirəm ki, biz mövcud olan ali təhsil müəssisələrinin maddi texniki bazasını yaxşılaşdırmalıyıq və orada menecer idarə sistemi yaratmalıyıq. Bu gün ali təhsil müəssisələrinin menecerlər tərəfindən idarə edilmə təcrübəsi yoxdur. Mütləq menecerli institutlar yaratmalıyıq və ali təhsil ocaqlarının hər birində kefiyyətli kadr hazırlığını təmin etmək üçün xarici təcrübədən yararlanmalıyıq”.
Ekspert qeyd edib ki, universitetləri birləşdirərkən bir sıra insanlar iş yerlərini də itirəcək və biz indiyə kimi birləşmiş universitetlərdən fərqli bir kefiyyət görməmişik: “Məsələn, Müəllimlər İnstitutu Azərbaycan Pedoqoji Universitetinə birləşdirilib və hər hansı ciddi bir dəyişiklik olmayıb. Ona görə mən hesab edirəm ki, biz bu günə kimi olan təcrübədən yox, dünyada qəbul edilən tendensiyalardan və çağrışlardan mütləq şəkildə istifadə etməliyik”.
Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top