Ərdoğanın Şuşaya səfər proqramı açıqlandı


Xəbər verdiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Azərbaycana səfər edib.
Yeniavaz.com “Anadolu” agentliynə istinadən xəbər verir ki, prezidentlə yanaşı və xanımı Əminə Ərdoğan, eləcə də Milli Müdafiə Naziri Hulusi Akar, prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, prezidentin mətbuat katibi İbrahim Kalın, AKP (Ədalət və İnkişaf partiyası) mətbuat katibi Ömer Çelik, AKP-nin Rize millət vəkili və NATO parlament assambleyası türk qrup başçısı Osman Aşkın Bak da Azərbaycana gəlib.
Rəsmi səfəri çərçivəsində Ərdoğan 28 ildən sonra Azərbaycan ordusu tərəfindən Ermənistanın işğalından azad edilmiş Dağlıq Qarabağın Şuşa şəhərinə gedəcək. Orada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
İlham Əliyevlə təkbətək görüşdən sonra R. T. Ərdoğan imza mərasiminə, eləcə də ortaq mətbuat konfransına qatılacaq və şəhər turuna çıxacaq.

DİGƏR XƏBƏRLƏR

Top