Azərbaycanda bu sahədə işləyənlər ayda 3 min manatdan çox maaş alırlar – SİYAHI


Xəbər verdiyimiz kimi, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2020-cu ilin müvafiq dövrünə nisbətən 1,9% azalaraq 722 manat 30 qəpik təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əmək haqqı neft-qaz sektorunda 3 min 209 manat 20 qəpik, qeyri neft-qaz sektorunda 670 manat 60 qəpik olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 629 manat 30 qəpik, özəl müəssisələrdə isə 836 manat 20 qəpik olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeydə alınıb - ayda 3 min 167 manat 50 qəpik, ən aşağı əmək haqqı isə inzibati və yardımçı xidmətlərin göstərilməsi
sahəsində qeydə alınıb - ayda 440 manat 90 qəpik.
2021-ci ilin yanvar-aprel aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı bu cür olub:
İqtisadi fəaliyyət növləri CƏMİ Dövlət Qeyri-dövlət
Ölkə üzrə – cəmi 722,3 629,3 836,2
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 429,6 390,4 459,2
Mədənçıxarma sənayesi 3 167,5 1 631,6 4 099,6
Emal sənayesi 680,0 819,6 655,4
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 753,9 751,7 862,0
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 548,7 513,2 921,3
Tikinti 854,5 688,3 909,8
Ticarət; nəqliyyat vasitələrinin təmiri 525,4 506,0 525,5
Nəqliyyat və anbar təsərrüfatı 916,7 854,7 1 018,0
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 564,8 1 197,3 540,6
İnformasiya və rabitə 1 165,7 886,1 1 484,9
Maliyyə və sığorta fəaliyyəti 2 202,6 1 737,2 2 326,0
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 658,9 572,0 710,5
Peşə, elmi və texniki fəaliyyət 1 208,9 679,7 1 970,0
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 440,9 402,5 573,3
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 951,1 984,1 324,9
Təhsil 522,0 513,4 786,2
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 514,4 513,6 518,4
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 525,5 469,6 1 281,1
Digər sahələrdə xidmətlərin göstərilməsi 690,7 967,6 658,4

DİGƏR XƏBƏRLƏR

Top