
Sinqapurlu alim Çin kəşfiyyat orqanlarına məlumat ötürdüyü üçün iki il müddətinə həbs edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Sinqapurun Daxili Təhlükəsizlik Departamentinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Dikson Yeo adlı alim Çinin kəşfiyyat qurumları ilə əməkdaşlıq edib, xarici kuratorlar tərəfindən ona verilən müxtəlif tapşırıqları yerinə yetirib. Bunun müqabilində isə pul mükafatı alıb. Bu səbəblə qanununa uyğun olaraq alim iki il müddətinə həbs olunub.