Şimali Koreya və Cənubi Koreya sərhədinə robotlar yerləşdirilir


Şimali Koreya və Cənubi Koreya sərhədinə süni intellektlə təchiz olunmuş robotlar yerləşdirilir.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın dövlət müdafiə tədarükü agentliyi məlumat yayıb. Bildirilib ki, bu il oktyabr ayında sərhəd zonasının cənub tərəfində 2,5 milyon dollar dəyərində iki robot-sərhədçilərin yerləşdirilməsi planlaşdırılır. Robotlart üç ay ərzində avto rejimdə işləyəcək, bundan sonra kütləvi istifadəsi barədə qərar veriləcək. Robotların saniyədə beş metrə qədər sürətlə xüsusi relslərdə hərəkət edəcəyi və gecə-gündüz növbətçi olacağı bildirilir.  Robotun süni zəkası kameradan səsləri və şəkilləri müstəqil olaraq təhlil edəcək və şübhəli fəaliyyət olduqda operatorları xəbərdar edəcək. 

DİGƏR XƏBƏRLƏR

Top