Ərdoğan: "Dağlıq Qarabağda gec də olsa ədalət bərqərar edildi"


"Dağlıq Qarabağda ədalət 30 il gecikmiş olsa da, bərqərar edildi".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO zirvəs görüşü çərçivəsində ABŞ Prezidenti Co Baydenlə Brüsseldə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.

“Münaqişənin yerini sülhün ala biləcəyi yeni bir dönəmin qapıları aralandı”, - prezident əlavə edib. Ərdoğan S-400 məsələsinə də toxunub: “S-400 mövzusunda öncəki mövqedə olduğumuzu cənab Baydenə ifadə etdik. ABŞ “Patriot” havadan müdafiə sistemlərini Türkiyəyə satmadığı üçün S-400 almaq məcburiyyətində qaldıq".

Türkiyə Prezidenti ABŞ liderini Türkiyəyə dəvət etdiyini bildirib, Co Bayden gərgin iş rejimi yüngülləşdikdən sonra Türkiyəyə gedəcəyini dair vəd verib. Ərdoğan Brüsseldə NATO sammitindən sonra keçirilən mətbuat konfransı yekunlaşdıqda Azərbaycana rəsmi səfər edəcəyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top