BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 15 %-dək azalıb


Bu ilin yanvar-may aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 14 718,3 min ton neft nəql edilib.

Nəqletmənin 75,6 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yanvar-may ayları ərzində bu neft kəməri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 5,9 % az olub.

Bu ilin yanvar-may ayları ərzində BTC vasitəsilə 11 124,8 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayları ilə müqayisədə 11,2 % azdır.

Dövr ərzində BTC kəməri ilə 1 523,3 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 14,9 % azdır.

DİGƏR XƏBƏRLƏR

Top