"eManat"dakı problemlərlə bağlı şirkətdən AÇIQLAMA


Son günlər “eManat”la ödəniş edənlər problemlərlə üzləşirlər. Şikayətini sosial şəbəkədə paylaşaraq dilə gətirən müştəri qeyd edib ki, bu problem daha çox bank ödənişləri zamanı yaranır. Belə ki, aparat çeki çap edir, ödəniş isə köçürülmür. Bu isə bank ödənişlərində gecikmələrə səbəb olur. Nəticədə banklar müştərilərə gecikmə ilə bağlı zəng edirlər.
"eManat"dan Yeniavaz.com-a  bildirilib ki, belə bir problem varsa bu, bankların problemidir: “Qəbzin verilməməsi, qəbz kağızının bitməsindən irəli gəlir. Ödənişin hesaba gec köçürülməsi isə biz tərəfdən qaynaqlanmır. Çünki ödənişi biz qəbul edirik, biz tərəfdən bankın hesabına, daha sonra isə müştərinin hesabına köçürülür. Əgər kart hesabına köçürülən məbləğin gec yüklənməsi baş verirsə, bu artıq bank tərəfindən yaşana biləcək problemlərdir”.

Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top