NATO sammitində bu mövzular müzakirə olunacaq


Xəbər veridiyimiz kimi Belçikanın paytaxtı Brüsseldə təşkil olunan NATO sammitində təşkilat ölkələrinin dövlət və hökumət başçıları bir araya gəlib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sammitdə ittifaqın növbəti 10 ildə həyata keçirəcəyi işlərdən danışılacaq. Həmçinin, sammitdə NATO-nun strategiya konsepsiyasının yenilənməsi, Çinin yüksəlişi, son illərdə Rusiya ilə pisləşən münasibətlər və Ukrayna, kiber təhdidlər, terrorizmlə mübarizə, dağıdıcı texnologiyalar, iqlim dəyişikliyinin təhlükəsizliyə təsiri, transatlantik münasibətlər və NATO-nun Əfqanıstandakı missiyasını bitirməsi qərarından sonrakı vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, bütün görüşlərdən sonra sammitin bəyanatının yayımlanması gözlənilir.

 

DİGƏR XƏBƏRLƏR

Top