Fransada COVID-19-a yoluxanların sayı sürətlə artır


Fransada koronavirusa yoluxanların və həmin xəstəlikdən ölənlərin sayı artıb.
Yeniavaz.com
"Sözcü"yə istinadla xəbər verir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, son 24 saatda COVID-19-a 2 min 855 nəfər yoluxub, 13 nəfər isə ölüb.
Qeyd edək ki, Fransada yeni növ koronavirusa yoluxanların ümumi sayı 5 milyon 740 min 665 nəfər, ölənlərin sayı isə 110 min 420 nəfərdir. 5 milyon 162 min 757 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top