Sabah avtobuslar işləyəcək


15 İyun - Milli Qurtuluş Günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmıyaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Bu barədə BNA-dan Yeniavaz.com-a məlumat verilib. Bildirilir ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top