Ərdoğan-Makron görüşü başa çatdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron arasında görüş başa çatıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, onların görüşü NATO-nun mənzil-qərargahında baş tutub. NATO sammiti çərçivəsində bir araya gələn iki liderin görüşməsi 52 dəqiqə davam edib. Brüsseldə təşkil olunan görüş mətbuata qapalı keçirilib.
Qeyd edək ki, görüşdən sonra ilk açıqlama Makron tərəfindən gəlib. Onun sözlərinə görə, görüş vaxtı iki ölkənin ortaq strategiyalarının işıqlandırlıması məsələsi ələ alınıb.

DİGƏR XƏBƏRLƏR

Top