Bakıda ağacdan ərik dərən yazıçıya hücum edilib


Bakıda yazıçı Aysel Əlizadəyə hücum olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Feysbuk hesabında paylaşım edib.
Aysel Əlizadə bildirib ki, qarşısından keçdiyi evin bağından izinsiz ərik dərməsi ev yiyəsinin qəzəbinə səbəb olub. Onun sözlərinə görə, bundan sonra bağ sahibi ona hücum edərək təhqir edib.
Yazıçı hadisədən sonra polisə müraciət edib. O, həmçinin vurğulayıb ki, polisə müraciət etməkdə onun məqsədi ev sahibinə cəza verilməsi deyil. Polisdən sadəcə onunla profilaktik söhbət aparılmasını istəyib.
Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top