Azərbaycanlılar Türkiyədən nə qədər ev alıblar? – RƏSMİ


Bu ilin ilk 5 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 429 mənzil, may ayı ərzində isə 47 mənzil alıblar. 
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2020-ci ilin yanvar-may aylarında azərbaycanlılar Türkiyədən builkindən 68 mənzil az - 361 mənzil satın alıblar.
Qeyd etdiyimiz kimi, bu ilin may ayında azərbaycanlılar Türkiyədən 47 mənzil satın alıblar və bu ötən ilin may ayındakı göstəricidən 5 mənzil çox olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 5 ayı ərzində Türkiyədən ümumilikdə 15 min 920 mənzil satın alıblar. Yanvar-may ayında Türkiyədə ev alan əcnəbilər arasında İran (2 387), İraq (2 246), Rusiya (1 459), Əfqanıstan (1 027), Qazaxıstan (622), Almaniya (534), Yəmən (484), Azərbaycan (429), Fələstin (410), ABŞ (395) və Misir (369) vətəndaşları üstünlük təşkil edib.
Onu da bildirək ki, son 6 il 5 ay ərzində Azərbaycan vətəndaşları Türkiyədn 7 min 708 mənzil alıblar:
İllər Mənzillərin sayı
2015 815
2016 610
2017 942
2018 1 250
2019 1 191
2020 1 279
2021
Yanvar-may
429
Cəmi 1 708

DİGƏR XƏBƏRLƏR

Top