"Rövşən Rzayev dedi, sizi mən çıxardıram gedin kirayədə qalın, indi kiyarə pulunu verən yoxdur"


Kirayə pullarının verilmədiyini iddia edən məcburi köçkünlər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında etiraz aksiyaysı keçiriblər. 

Yeniavaz.com “Mikroskop Media”ya istinadən xəbər verir ki, şikayətçi Ağdam şəhərindən olan məcburi köçkün Hüsenynova Raya deyir ki, 30 ilə yaxındır Bakı şəhəri Xəzər rayonunda yerləşən yataqxanada yaşayır: “Mənimlə birgə orada Zəngilan, Cəbrayıl, Laçın və Ağdamdan olan 14 ailə olurdu. Şikayət edəndən sonra icra hakimiyyətinin nümayəndələri və komitənin sədri Rövşən Rzayev bizi oradan çıxartdı. Mən Rövşən müəllimə dedim ki, olar biz çıxdığımız yerə qayıdaq. Dedi, yox, sizi mən çıxardıram gedin kirayədə qalın. Evlər hazır olanda sizi köçürdəcəyik Ramanaya. Biz də razılaşdıq. İndi də Rövşən Rzayevin müavininə zəng edirdik cavab vermirdi. Gəlmişik “Qaçkınkom”a burada da bir deyir oraya get, biri deyir buraya get. Şikayətimizə baxan yoxdur”.
Məsələ ilə bağlı “Qaçkınkom”un mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

DİGƏR XƏBƏRLƏR

Top