İranda aclıq aksiyası keçirən azərbaycanlı məhkumların sayı 11-ə çatdı


İran həbsxanalarında aclıq aksiyasına başlayan məhkum azərbaycanlıların sayı 11 nəfərə çatıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Evin adlı həbsxanada ötən gün aksiyaya qoşulan azərbaycanlıların yaxınları məlumatı verib. Onların sözlərinə görə, həbsdəkilərin aksiyaya qoşulmaqda məqsədləri Ərdəbil mərkəzi həbsxanasında aclıq aksiyasına başlayan həmyerlilərinə dəstək məqsədi daşıyır.
Qeyd edək ki, 12 iyunda Ərdəbil mərkəzi həbsxanasının məhkumu aktivist Abbas Lisani digər cinayətlərdə təqsirli bilinən məhkumların siyasi məhkumlarla eyni kamerada saxlanmalarına etiraz etdiklərini bildirib. Həmçinin o, həbsxanada siyasi məhbuslara biganə yanaşılmasından, eləcə də onlara qarşı göstərilən kobud rəftardan narazı qaldıqları üçün aclıq aksiyasına başladığını bildirib. Lisaninin bu addımından sonra daha 7 aktivist ona qoşulub. Ötən gün isə İranın paytaxtı Tehranda yerləşən Evin həbsxanasından olan 3 məhkum da onlara qoşulduqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top