Fələstin İsraildə qurulan yeni hökumətlə bağlı açıqlama yaydı


İsraildə koalisiya hökuməti qurulduqdan sonra Fələstin və “Həmas” açıqlama yayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin hökuməti İsraildə yeni koalisiya hökuməti qurulduqdan sonra onlara qarşı münasibətdə cüzi dəyişiklik gözlədiklərini bildirib.
Həmas sözçüsü Fevzi Barhum da öz növbəsində İsrail hökumətinin dəyişməsindən asılı olmayaraq, İsrailə qarşı müqavimət göstərilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İsraildə ötən həftələrdə “Yamina” partiyası lideri Naftali Bennett və “Yesh Atid” partiyasının lideri Yair Lapid rəhbərliyi altında koalisiya hökuməti qurulub.

 

DİGƏR XƏBƏRLƏR

Top