Bakıda sürüşmələr niyə tez-tez baş verir? – Ekoloq ŞƏRHİ


Yay bitdikdən sonra Badamdar ərazisində və Bayıl kimi tanınan ərazilərdə tez-tez torpaq sürüşmələri baş verir. Bu problemin əsas səbəbi nədir və qarşısı necə alınmalıdır?
Mövzu ilə bağlı ekoloq Telman Zeynalov Yeniavaz.com-a açıqlamasında bildirib ki, bəzən sürüşmələrin baş vermə səbəbi olaraq bitki örtüyünün az olması kimi əsassız informasiyalar irəli sürürlər: “Amma bu doğru deyil. Sürüşmə ona görə baş verir ki, Azərbaycanda su həddən artıq çoxdur, torpaq qatlarında qrunt suları var. Gil qatları bu suların qarşısını alır və daha dərinə çökməsinə imkan vermir. Bu da sürüşmələrin baş verməsinə gətirib çıxarır”.
Ekoloq problemdən çıxış yolu kimi bildirir ki, yolların çəkilməsində, binaların tikintisində əsas lazımı tədbirlər görülməldir:
“Su təbəqələrinin hansı dərinlikdə yerləşdiyini, suyun həcmini dəqiqliklə öyrənmək lazımdır. Ondan sonra geoloji tədbirlər aparılmalıdır”.

Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top