Rusiyada yoluxanlar artdı, sərt karantin yenidən gündəmə gəldi


Rusiyanın paytaxtı Moskvada koronavirusa qarşı peyvəndləmə prosesinin sürətləndirilməsi üçün kampaniya başladılıb.
Yeniavaz.com
NTV-yə istinadla xəbər verir ki, Moskva meri Sergey Sobyanin ölkədə koronavirusa yoluxma və ölüm hallarının artdığını bildirib. Bu səbəblə əlavə tədbirlərə ehtiyac duyulduğunu deyən mer peyvəndləmə prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb: "Yoluxmalar artır, sərt karantin rejimi yenidən gündəmə gəlir. Sərt tədbirlərdən çəkinmək üçün peyvəndləmə prosesini sürətləndirmək lazımdır. 14 iyun-11 iyul tarixlərində peyvəndləmə prosesində iştirak edən vətəndaşlarımız  kampaniyada olan 1 milyon rubl dəyərində (23 min 562 manat) 5 avtomobildən birini qazana bilərlər. Kampaniya 18 yaşdan yuxarı şəxsləri əhatə edir".
Qeyd edək ki, Rusiyada yeni növ koronavirusa yoluxma hallarının yenidən artdığı bildirilib. Son sutkada 14 min 723 nəfər COVİD-19-a yoluxub, 357 nəfər isə həmin xəstəlikdən vəfat edib. Bu tendensiyaya əsasən Sankt-Peterburq şəhərində artıq karantin rejiminin sərtləşdirilməsi prosesi başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top