Bakıda 25 ildə bir dəfə çiçək açan bitki əkilib – FOTOLAR


Bakıda 25 ildən bir çiçək açan Aqava bitkisi əkilib.

Yeniavaz.com xəbər verir ki, Aqava bitkisinin yetişdiyi yerlər əsasən Orta Amerika və Meksikadır. Maraqlıdır ki, Bakıda Dənizkənarı Milli Parkda da bu bitkidən əkilib. Yaxın vaxtlarda çiçək açan bu bitki parkı ziyarət edənlər tərəfindən maraqla qarşılanıb. Dənizkənarı Milli Parkın aqronomunun Yeniavaz.com-a bildirdiyinə görə, bu sayca Dənizkənarı Milli Parkda çiçək açan üçüncü Aqava bitkisidir. Parkda köklərini hər il başqa yerlərə əkərək saylarını artırmağa çalışdıqlarını qeyd edən aqronoma görə Aqava bitkisi 25 ildən bir çiçək açır.
Qeyd edək ki, YUNESKO-nun Dünya Mədəniyyət Mirası Siyahısında olan Aqava bitkisini yetişdirən bəzi insanlar bitkinin çiçəyini belə görə bilmir. Aqavanın hündürlüyü 50-60 sm olsa da, 10 metr hündürlükdə çiçək aça bilər.
Dənizkənarı Milli Parkda çiçən açan Aqava bitkisinin fotolarını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top