Rusiyanın bu şəhərində karantin rejimi yenidən gücləndirildi


Rusiyanın Sankt-Peterburq şəhərində koronavirusa görə karantin rejimi yenidən gücləndirilir.
Yeniavaz.com
"TASS"a istinadla xəbər verir ki, şəhərdə restoranlar və gecə klublarının fəaliyyəti 17 iyun tarixindən etibarən dayandırılır. Verilən məlumata görə, qadağa qatar stansiyalarında, hava limanlarında, yanacaqdoldurma məntəqələrində yerləşən, həmçinin çatdırılma xidmətindən istifadə edən restoranlara aid edilmir. Bundan başqa  şəhərdə 3 mindən çox tamaşaçı ilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Daha az insanın qatıldığı kütləvi tədbirlərdə isə açıq havada olsa belə maska taxmaq məcburidir.

DİGƏR XƏBƏRLƏR

Top