İnək tərəfindən xəsarət aldığını deyən kişinin bıçaqlandığı məlum olub


Sabirabad sakini tanışı tərəfindən bıçaqlanıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Suqovuşan kənd sakini, 1985-ci il təvəllüdlü Qubadov Yusif Böyükxan oğlu münaqişə zəminində Kərəm adlı həmkəndlisi tərəfindən bıçaqlanıb.
O, qarın boşluğunu dəlib keçən xəsarətlə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və cərrahiyə əməliyyatına götürülüb.

Qeyd edək ki, bundan əvvəl yaralı onu guya inəyin buynuzu ilə vurduğunu deyərək polisə yanlış məlumat verib. Hadisəni törədən şəxs polis tərəfindən axtarılır.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top