Bu gün “Son zəng”dir


Bu gün Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçiriləcək.

 Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında "Son zəng" tədbiri müəyyən edilmiş qaydalara əməl edilməklə baş tutacaq.

Belə ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilə bilər.

Tədbirdə yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllim iştirak edə bilər.

Həmçinin 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə, günün müxtəlif vaxtlarında keçiriləcək. Eyni zamanda tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top