Kürdə boğulan yeniyetmələrin kimliyi məlum oldu - YENİLƏNİB

Şəmkirdə iki nəfər çayda boğulub. 

Şəmkir rayon Qaracəmirli kənd sakini 2006-cı il təvəllüdlü F.Məmmədov və 2005-ci il təvəllüdlü Y.Məmmədov Kür qəsəbə ərazisindəki Kür çayında çimərkən boğulublar. 

Hazırda uşaqların cəsədlərinin axtarışları davam etdirilir. (oxu.az)

***17:50
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top