Vətən müharibəsi şəhidinin doğum günü məzarı başında qeyd olunub - FOTO


Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan, əslən Ağdamdan olan Mingəçevirdə doğulub boya-başa çatan Həsənov Əzim Fikrət oğlunun bugün yaşasaydı 23 yaşı olacaqdı. Əzimin ad gününü onun doğmaları,oxuduğu məktəbin şagird -müəllim kollektivi  şəhidlər xiyabanında məzarı yanında qeyd etdilər.
Yeniavaz.com
xəbər verir ki, anım mərasimində ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı ,ehtiyatda olan zabit ,polkovnik leytenant  Seymur Hidayətov iştirak edərək çıxış edərək şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından  şəhidin ailəsinə baş saglığı verdi. Daha sonra Şəhidin oxuduğu məktəbin direktoru  Ülviyyə Fətəliyeva  çıxış edərək şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açdı, şagirdlərə vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı və vətəndaş olmanın şərtlərini xatırlatdı.
Anım mərasimində Ağdam İHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı,Mingəçevir  19 saylı məktəbin müəllimləri  şəhid Əzimin  şərəfli ömür yolundan danışıblar. Qeyd olunub ki, biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində  güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Qeyd edək ki, Həsənov Əzim 2001 ci ilin 13 iyununda anadan olub. 2014- cü ilin sentyabrında  müvəqqəti məskunlaşdıqları Mingəçevir  şəhərində 19 nömrəli məktəbin birinci sinfinə daxil olub. Ailənin ilk və yeganə oğlu olan Əzim, orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub. Univesiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə bir neçə gün qalmağına baxmayaraq, xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Sentyabr ayının 27 -də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam edir. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən, düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır. Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.
Qeyd edək ki, ölkə prezidentinin sərəncamına əsasən Əzim Həsənov ölümündən sonara   “Vətən uğrunda, “Füzulinin azad olunmasına görə “medalları ilə təltif edilib.

Esmira Hidayətova, Mingəçevir.



 

DİGƏR XƏBƏRLƏR

Top