
“Saxlanılan 15 nəfərin Ermənistana qaytarılması və Azərbaycana minaların təmizlənməsi prosesini asanlaşdıracaq məlumatın təqdim edilməsini alqışlayıram”.
Yeniavaz.com xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde tviter hesabında yazıb. O, “Bu kimi tədbirlər Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar üçün uyğun atmosferin qurumasınakömək edə bilər”-deyə bildirib.